31 Dekabr 2024

Azərbaycanda koronaviursdan ölənlərin sayı niyə 40-dan aşağı düşmür?- AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxma statistikası 5 gündür ki, vəziyyətin müsbət dinamikasına doğru dəyişdiydiyinə dair ümidləndirir.

BAKU.WS xəbər verir ki, lakin ölkədə COVID-19 virusundan ölüm sayı 40-dan aşağı düşmür.

Mövcud vəziyyət narahatlığı artıran ciddi məsələdir. Məsələyə aydın gətirən Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib ki, müsbət dinamika və sərt tədbirlərin nəticəsi var: “Lakin bəziləri deyir ki, hər yer açılmalıdır. Əslində bu, çox məsuliyyətsiz çağırışdır.

Hesab edirəm ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar müsbət dinamika var. Rəsmi rəqəmlər reallığı əks etdirir. Çünki xeyli ambulator xəstələr, heç bir qeydiyyata düşməyən və özləri müalicə olunanlar var. Onların arasında ölüm halları necə qeydiyyata alınır? Bunu demək çətindir.

Əgər şəkərli diabet varsa, diabetdən ölüm kimi qeyd oluna bilər. Ölümlə bağlı 40 rəqəmi stasionarın rəqəmidir. Bu rəqəm onu göstərir ki, xəstəliyin yumşalması hələ müşahidə edilmir.

Sanki canlı orqanizmlərin viruslarla mübarizəsinin məsuliyyətli mərhələsi gedir. Yayılma zəncirini qırmaq üçün sərt tədbirlərdən başqa vaksinasiyanın da önəmi var. Amma vaksinasiya pandemiyanın sonu demək deyil. Vaksinlər müəyyən bir müddətə təsir edirlər. Birinci vaksin zamanı təxminən 42 günə immunitet formalaşır. Sonra antikor bədənə yığılması üçün ikinci vaksinasiya da tələb olunur.

Aktiv immunizasiya prosesi üçün müəyyən bir zaman lazımdır. Bir ay yarım vaksin və immunitetin formalaşmasına gedirsə, deməli pandemiyanın yaxın dövrlərdə ciddi dönüşünü gözləyə bilmərik”.