23 Dekabr 2024

Azərbaycanda koronavirusa yoluxma sayında kəskin azalma

Son sutka ərzində 1052 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Media1.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Həmin məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287144 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 251760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib, aktiv xəstə sayı 31440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3026132 test aparılıb.

Qeyd edək ki, dünən – 11 aprel tarixində Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 2414 nəfər yoluxma faktı qeydə alınmışdı. Test nəticələri müsbət çıxmış 36 nəfər isə vəfat etmişdi.