23 Dekabr 2024

Azərbaycanda DƏHŞƏT:şəkil çəkdirmək faciə ilə nəticələndi, 3 nəfər öldü

Cəlilabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatları məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.

Belə ki, rayonun İnili kənd sakinləri, 2015-ci il təvəllüdlü Yaqubov Həmzə və onun atası Yaqubov Nizami, həmçinin qardaşlar – 2004-cü il təvəllüdlü Yaqubov Həsən Rizvan oğlu və 2005-ci il təvəllüdlü Yaqubov Hüseyn Rizvan oğlu ehtiyatsızlıqdan İncəçay su anbarına düşüblər.

Su anbarına düşənlərdən yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu digər üç şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

Məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirmək istəyən zaman baş verib. Faktla bağlı araşdırma aparılır.