21 Noyabr 2024

Azərbaycanda dəhşətli hadisə: Qadın qonaq getdiyi binadan özünü atdı

Bərdədə 30 yaşlı qadın intihara cəhd edib.

Media1.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində, hündürmərtəbəli yaşayış binalarından birində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Türkan Şükürova yaxın qohumlarının evinə qonaq gedib. Elə həmin binanın dördüncü mərtəbəsindən də özünü atıb.

Ağır bədən xəsarətləri alan qadın yaxınlıqda olanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda T.Şükürovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.