Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb
Son sutkada 2021 nəfər COVID-19-a yoluxub, 776 nəfər sağalıb, 29 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412nəfərdir.
Ölkədə son sutka ərzində 12 210 , hazırkı dövrədək isə 2 928 955 test aparılıb.