Azərbaycanda COVID-19-dan sutkalıq ölüm sayı artdı
Son sutkada 319 nəfər koronavirusa yoluxub, 161 nəfər sağalıb, 5 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.
Media1.az xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir.
Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 610 808 test aparılıb.