Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq?

Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev məlumat verib.
O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq:
“Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda müxtəlif xəstəliyi olan şəxslər də vaksinasiya ediləcək”.
O həmçinin qeyd edib ki, hamiləliyin bəlli bir müddətindən sonra hamilə qadınlar da vaksinasiya oluna bilər.