08 Sentyabr 2024

Azərbaycanda 108 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib. 3 092 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 331, bu günə qədər isə ümumilikdə 3 559 951 test icra olunub.