22 Dekabr 2024

Azərbaycan və Böyük Britaniya arasında siyasi məsləhətləşmələr keçirilib FOTO

Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya arasında strateji siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Musavat.com Britaniya səfirliyinə istinadən xəbər verir ki, görüşdə Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.

Xatırladaq ki, Azərbaycan ilə Böyük Britaniya arasında strateji siyasi məsləhətləşmələrin iclası hər il keçirilir.***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflərin ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdikləri qeyd olunur.

Xatırladırıq ki, Vendi Morton fevralın 8-də Azərbaycana ikigünlük səfərə gəlib.

Azərbaycan və Böyük Britaniya arasında siyasi məsləhətləşmələr keçirilib