08 Sentyabr 2024

Azərbaycan-Türkiyə Qarsda birgə genişmiqyaslı hərbi təlimlər keçirəcək

Bu təlimlər son dövrlərin ən böyük təlimlərdən biri olacaq

Türk Silahlı Qüvvələri ən böyük qış təlimlərinə hazırlaşır.

Musavat.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi təlimdə snayper komandaları, Xüsusi Təyinatlı Komandanlığın şəxsi heyəti, komando və helikopterlər iştirak edəcək.

2021-ci ilin qış təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək. Türk hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə ortaq hərəkətli atəş təlimində iştirak edəcəklər.

Bu, təlimlə birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını yoxlamaq məqsədi daşıyır.

Azərbaycan Silahlı Qüvvələri personalının da iştirak edəcəyi operativ səviyyəli təlimin son dövrlərin ən böyük təlimlərdən biri olduğu bildirilir.