Azərbaycan ötən ilin yanvar-noyabrında 7,7 mlrd. dollarlıq neft ixrac edib
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 26 043,5 min ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 7,7 mlrd. ABŞ dollarından çox təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 41,3% azalıb.
Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.