22 Dekabr 2024

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşdu – biri yüksək rütbəlidir (FOTO) YENİLƏNİB

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

****

Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Tərtər rayonu istiqamətində minaya düşdüyünü təsdiqləyib.

Nazirlikdən Musavat.com-a bildirilib ki, fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.

Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.