23 Dekabr 2024

Azərbaycan ordusu Xankəndinə girə bilər – Unikal imkan yarandı

Xəbər verdiyimiz kimi, Ermənistan Ordusu Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb edib. N.Paşnyan ordunun bu tələbini hərbi çevrilişə cəhd adlandırıb. O, tərəfdarlarını küçəyə çıxmağa çağırıb.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Dominant.az-a açıqlamasında bildirib ki, indiki məqamda Azərbaycan ordusunun Xankəndinə girməsi üçün unikal imkan yaranıb:

“Hazırda İrəvanda baş verənlər Azərbaycanla bağlana 10 noyabr razılaşmasının taleyi ilə bağlı ciddi müzakirələr yaradır. Belə ki, baş nazir Nikol Pasinyan 44 günlük müharibədə məğlubiyyətin səbəbkarı kimi dolayı yolla Rusiyanı ittiham etməsi, “İsgəndər” raketinin istifadəsi ilə bağlı bəyanat verməsi təkcə Ermənistanı deyil, Rusiyanı da çıxılmaz vəziyyətə salıb. Bu hal üç ölkə arasında imzalanan 10 noyabr razılaşmasının altına imza atan Nikol Pasinyanin mövqeyinin Rusiyaya qarşı radikal şəkildə dəyişməsini göstərməklə qalmır, Rusiyanın, xüsusilə ordudaki əsgəri kadrlarına qarşı xaç yürüşü açması deməkdir. Bunu görə hazırda İrəvanda Nikol Pasinyanla Rusiyanın dəstəklədiyi hərbi müxalifət arasında qarşıdurma başlayıb.

Ehtimal edək ki, axşama doğru “Mənim addımım” partiyası devirilir və 10 noyabr razılaşmasına müxalif olan hərbi xunta hakimiyyəti ələ keçirir, bu halda razılaşma sənədinin altında imzası olan Pasinyanin vəzifəsi də hüquqi qüvvəsini itirir. O zaman Azərbaycan artıq leqallığını itirmiş müqaviləyə əməl etməyə bilər. Bir halda ki, Nikolu əvəz edəcək qüvvələr arasında müharibə cinayətləri törədən şəxslər var: Aktiv hərbi əməliyyatlarla hazırda ermənilər yaşayan Qarabağın 25 faiz ərazisini da azad etmək olar.

Qeyd edək ki, Araik Arutunyan da hazırda Paşinyanın köməyinə gedib. Əgər Paşinyan bu gün devrilsə, Vitali Balasanyan Qarabağda hakimiyyətə gətiriləcək”.