13 İyul 2024

Azərbaycan Prezidenti: “Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”

“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”.

Media1.az Musavat.comun  məlumatına istnad edərək bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı Xocalı soyqırımını törədənlərin bir hissəsinin 44 günlük müharibədə məhv edildiyini bildirib.