“Axı bizim toyumuz olacaqdı” -Şəhidin nişanlısı VİDEO
Şəhid Samir Əliyevin nişanlısı Nərmin “Bizimləsən” proqramının qonağı olub.
Media1.az xəbər verir ki, Nərmin Samirlə sinif yoldaşı olduğunu, onunla bağlı xatirələrini Müsavat. coma danışıb:
“Yuxuma gəlir, deyir ki, sağam. Bir dəfə də gəldi dedi ki, nənə məni incidir. Qayıtdım ki, axı bizim toyumuz olacaqdı. Dedi ki, olacaq. Biz eyni sinifdə oxumuşuq. 6 il eyni partada oturmuşuq.
Samir həmişə tank, mən isə imza çəkirdim. Müəllim deyirdi, sən müəllim, Samir isə hərbçi olacaq. Məktəbdə oxuduğu vaxtlarda nə qədər fəxri diplomlar aldı. Məktəbi qırmızı diplomla bitirən yeganə şagird idi. 9-cu sinifdə mənə hisslərini dedi, 1 il sonra ona razılıq verdim. Samir çox sadiq oğlan idi: həm sevgisinə, həm ailəsinə. Məktəbimizin ilk şəhidi Samir oldu.
Bu acı yük bizim qəlbimizdədir. Amma qürurla daşımağa məcburuq”.