23 Dekabr 2024

AXC-nin elan edildiyi bina bərpaya hazırlanır

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu binanın əsaslı təmir-bərpası işlərinə başlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırkı Milli Gənclər Sarayının binası qarşısında taxta hasar çəkilib və rənglənmə işləri aparılır.

Binaya giriş-çıxışı təmin etmək üçün xüsusi dəmir pilləkən də quraşdırılıb.

Qeyd edək ki, tarixi binanın bərpası layihəsinin ümumi dəyəri 34 milyon lari (10,2 milyon ABŞ dollarından çox) təşkil edir. Yenidənqurma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. Təmir-bərpa işləri binanın fasadı ilə yanaşı, interyeri və daxili həyətində də aparılacaq. XIX əsrin əvvəllərində inşa olunan bina Gürcüstanın mədəni irs abidəsidir.