25 Sentyabr 2022

Avropada qazın qiyməti sürətlə ucuzlaşır

Avropada qaz qiymətlərinin ucuzlaşması davam edir. Bu gün Londonun ICE birjasında qazın min kubmetrinin qiyməti iyulun2 25-dən bəri ilk dəfə olaraq 1800 dollardan aşağı düşüb. Səhər birja açılandan qaz qiymətləri 7 faiz ucuzlaşıb.

Media1.az xəbər verir ki, Niderlandın TTF birjasında isə qazın oktyabr fyuçerslərinin qiyməti 1790 dollara düşüb.

Qaz qiymətlərinin ucuzlaşmasının əsas səbəbi Avropanın anbarlarındakı ehtiyatların sürətli artımıdır. Belə ki, oktyabrın 1-də 80 faiz dolu olması təmin edilməli olan anbarlar artıq 85 faizdən yuxarı doldurulub.

Bundan əlavə, küləkli havaların başlanması ilə Avropanın enerji təminatında külək enerjisinin payı da sürətlə artıb. Hazırda bu pay 15 faizə yaxındır. Halbuki avqustda bu göstərici 10 faiz, iyulda 12 faiz, ötən ilin sentyabrında isə 9 faiz olmuşdu.