09 Dekabr 2022

Avropa Parlamenti İranla birbaşa əlaqəni müvəqqəti dayandırır – FOTO

Avropa Parlamenti İranla birbaşa əlaqəni müvəqqəti dayandırır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamenti ilə İran arasında birbaşa əlaqə və dialoqun müvəqqəti dayandırılacağını bəyan edib.

Metsola İranda nümayişçilərin zorakılıqla repressiya edilməsinə də işarə edib.

“Avropa bizə ümid bəsləyən etirazçılara göz yummayacaq”, – deyə o vurğulayıb.