22 Dekabr 2024

Avropa Komissiyası Metsamor AES-in bağlanmasını tələb edir

Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında deyilir.

Qeyd olunur ki, AES-in nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsinin mümkün olmadığı üçün bu addımlara zərurət var:

“Bu problemin həlli üçün tez bir zamanda yol xəritəsi və ya fəaliyyət planı qəbul edilməlidir”.