02 İyul 2024

AVRO-2024: İlk 1/4 finalçı bəlli olduVİDEOYENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı təyin edib.

Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə – Slovakiya cütünün qalibi olacaq. (Report)

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.

İkinci hissənin əvvəlində isveçrəlilər fərqi iki topa yüksəldib – 2:0.

46-cı dəqiqədə Ruben Varqas fərqlənməyi bacarıb. (Report)

***

37-ci dəqiqədə Remo Froyler adını tabloya yazdırıb.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.

Qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Qeyd edək ki, görüşü polşalı baş hakim Şimon Marçinyak idarə edir. (Report)

https://youtube.com/watch?v=26UX_sAKdGY%3Fsi%3DgOAFkKRvY0dk1cnE