25 Dekabr 2024

Aviasiya nəhəngləri hidrogenlə uçuş üçün birləşdilər

Dünyanın ən böyük aviaşirkətlərindən olan “Airbus”, “Rolls-Royce” və “EasyJet” aviasiyaya hidrogen yanacağını gətirmək üçün alyans yaratmaq qərarına gəliblər.

Şirkətlər 2050-ci ilə qədər aviasiyaya hidrogen yanacağını gətirmək və sənayeni karbonsuzlaşdırmağa kömək etmək üçün infrastruktur quracaqlar.

Musavat.com TASS-a istinadən bildirir ki, alyans üzvləri Danimarkanın enerji şirkəti “Orsted” və Britaniya hissələr istehsalçısı GKN-in tərəfdaşlığı ilə “Hidrogen in Aviation” (HIA) layihəsi çərçivəsində hidrogen yanacağı ilə işləyən təyyarələrin uçuşa tam hazırlığını təmin etmək üçün normativ baza, infrastruktur, təhlükəsizlik sistemi hazırlamaq niyyətindədirlər.

HİA-nın bəyanatında deyilir ki, 2023-cü ilin sonuna qədər alyans hidrogenlə uçuşu reallaşdırmaq üçün layihənin növbəti onilliyi üçün mərhələləri əks etdirən hesabat hazırlayacaq. “Airbus” 2035-ci ilə qədər hidrogenlə işləyən təyyarələr üçün reklam çarxı təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, “Rolls-Royce” və “EasyJet” yanacaq kimi hidrogendən istifadə edən ilk təyyarə mühərrikini uğurla sınaqdan keçirib. Bu zaman Solsberi düzündə yerləşən hərbi poliqonda mühərriki işə salmaq və aşağı sürətlə işləməsini müşahidə etmək mümkün olub.