ATƏT sədri Azərbaycana gəlir
Ann Linde sabah Bakıda olacaq
Martın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək. AYNA-nın xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat yerləşdirilib.
A.Linde səfəri zamanı Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək.
Bildirilib ki, səfər zamanı Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu müzakirə olunacaq.
Xanım Lindenin Azərbaycandakı vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşü gözlənilir.
Məlumatda o da bildirilib ki, ATƏT sədri regiona səfəri çərçivəsində Ermənistana da gedəcək.