05 Sentyabr 2025

Astarada ağac kəsiminə görə cinayət işi başlanıldı

Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı araşdırma aparılır. 

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.