23 Dekabr 2024

Astarada 44 yaşlı kişi özünü yandırdı – VƏZİYYƏTİ AĞIRDIR

Astara sakini özünü yandırıb.

Hadisə Astara rayonunun Bürzübənd kəndində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Vəfa Əliyev yaşadığı ünvanda üzərinə alışdırıcı maye tökərək həyatına qəsd edib.

Nəticədə ciddi yanıq xəsarətləri alan V.Əliyevi yaxınları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilkin və zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti ağır olduğundan Bakıdakı Respublika yanıq Mərkəzinə göndərilib.

Hadisənin ailə-münaqişəsi səbəbindən baş verdiyi bildilir.

Faktla bağlı araşdırma aparılır.