23 Dekabr 2024

Astara sakinində qanunsuz odlu silah aşkarlanıb

Astara sakinində qanunsuz odlu silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini T.Ağayevdən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib. T.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon Məhkəməsinə göndərilib.