21 Dekabr 2024

Arzu Kərim: Şerlər

SİLDİM HƏRŞEYİ.

SİLDİM HƏYATIMDAN, SİLDİM HƏRŞEYİ.
SİLDIM XATİRƏNSƏ YADIMDA QALDI.
MƏNDƏN SƏNƏ BÖYÜK, SEVGİ SƏDAQƏT.
SƏNDƏN MƏNƏ QALAN, GÖZ YAŞI OLDU.

BİLMƏDİN DƏYƏRİN, QƏDRİN SEVGİNİN.
SƏNƏ SEVGİ VERDİM, YARIDA QOYDUN.
VERDİM ZƏHMƏTİMİ, ƏMƏYİ SƏNƏ.
SƏNİSƏ BİLMƏYİB, YERLƏRƏ VURDUN.

İNDİ NƏ DEYİMKİ, DANIŞIM SƏNƏ.
ARTIQ SÖZÜN BİTİB, QALDIĞI YERDİ.
BİR ÜRƏK VERMİŞDİM, QAYTAR VER MƏNƏ.
QAYTARKI, BAŞQASI, YERLƏŞƏ, BİLSİN.

ŞƏHİDİMİN SEVGİLİSİ.

XONÇALARIN, BAĞLI QALDI.
YOLLARINI DUMAN ALDI.
GÖZÜNDƏ, YOLLARDA QALDI.
ŞƏHİDİMİN, SEVGİLİSİ.

YER AĞLADI, GÖY AĞLADI.
CÜMLƏ CAHAN, EL AĞLADI.
YANA-YANA, DİL AĞLADI.
ŞƏHİDİMİN SEVGİLİSİ.