14 Mart 2025

Arvadını öldürməkdə ittiham olunan hakimə hökm oxundu

Arvadını öldürməkdə ittiham olunan hakimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən F.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə Bakı sakini Əhmədova Pərvanə Süleyman qızı Sabunçu rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu tərəfindən qətlə yetirilib.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində baş verib.

F.Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

F.Əhmədov hadisənin bədbəxt hadisə olduğunu, ehtiyatsızlıqdan baş verdiyini deyir. Mərhumun ailəsi F.Əhmədovdan şikayətçi olmadıqlarını, hadisənin bədbəxt hadisə olduğunu bildiriblər.