Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir? – ARAŞDIRMA
Quzu əti ibtidai dövrlərdən insanlar tərəfindən qiymətləndirilən dadlı və doyurucu ətdir. Ondan hazırlanan yeməklər Şərq və Aralıq dənizi mətbəxində xüsusilə məşhurdur. Bir çox insan quzu ətini yağlı və zərərli hesab edir. Lakin onun orta səviyyədə istehlakının insan sağlamlığına heç bir zərəri olmadığı və hətta faydası olduğu təsdiqlənib.Musavat.com evdar.az-ın quzu əti haqqında araşdırmanı təqdim edir. Quzu ilə qoyun əti arasındakı fərq nədir?
Qoyun və quzu- eyni heyvanın( qoçun) ətidir, fərq yalnız bu heyvanın yaşıdır. Quzu 1 yaşa qədər qoyun ətidir. Qoyun daha çox “yetkin” heyvanın ətidir. Ən dadlı və ən sağlam ət südəmər, yaşı 3-6 aydan çox olmayan quzudur. Yumşaq, zərif dad və konsistensiyasya malikdir. Quzu əti asanlıqla həzm olunur. Qoyun əti isə mədədə uzun müddət həzm olunur, buna görə də böyüklər tərəfindən istehlak edilir. Uşaqlar üçün isə quzu əti yemək tövsiyyə edilir. Quzu ətində yağ miqdarı donuz ətindən 2-3 dəfə azdır. Quzu ətinin kalori miqdarı 100 qram məhsula təxminən 190 kkal təşkil edir. Orta səviyyədə bu ət hətta pəhriz menyusuna daxil edilə bilər.Quzu mal ətindən 2 dəfədən çox, donuz ətindən 4 dəfə az xolesterol ehtiva edir.Quzu əti immun sisteminin fəaliyyəti üçün vacib olan sink mənbəyidir. Bundan əlavə, ətdə dişləri kariyesdən qoruyan çoxlu ftor var.Quzu ətinin tərkibində dəmirin olması isə orqanizmdə qan əmələ gəlməsinə müsbət təsir edir.Ən faydalı ət növü olan quzu və qoyun əti çox ləzzətli olsa da, qiyməti hal-hazırkı əməkhaqqıya görə kifayət qədər yüksəkdir. Üstəlik əhali ətin keyfiyyətinin, heyvanların yoxlamadan keçib-keçmədiyini bilmədiyi üçün mağazada satılan yox, məhz tanıdıqları qəssabların kəsdiyi əti almağa üstünlük verir. Azərbaycanda hansı rayonun heyvanının əti daha ləzzətlidir?
Quzu və qoyun ətinin dadına birbaşa heyvanın qidalanması və otlaq şəraiti təsir edir. Quzuların ekoloji cəhətdən təmiz otlaqlarda, çəmənliklərdə sağlam və balanslı yemlənməsi sayəsində yüksək keyfiyyətli ət əldə edilir. Azərbaycanın Aran rayonlarında yetişdirilən xırdabuynuzlu heyvanların əti ən dadlı heyvan ətidir. Adətən Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Saaatlı və Sabirabad rayonu ərazilərində xırdabuynuzlu heyvanların ətlik cinsləri yetişdirilir və onların əti daha ləzzətli olur. Araşdırmalara görə, heyvanın ətinin daha dadlı olması aran zonalarında torpağın duzlu olmasıyla əlaqədardır. Qoyun ətinin ləzzəti onun cinsi ilə deyil, yediyi otlarla bağlıdır. Bundan başqa dağlıq ərazidə yaşayan heyvanın əti aranınkına nisbətən daha möhkəm əzələli və iri lifli olur. Aranda böyümüş heyvanın əti isə zərif və qısa lifli olur. Aran zonasında heyvanı kökəltmə üsulu ilə böyütdükləri üçün bu amil də ətin dadına təsir etmiş olur. Belə ki aranda böyümüş heyvan piyli, daha ağırçəkili olduğu üçün daha az hərəkət edir. Dağlıq ərazidə yaşayan heyvan isə daha cəld və hərəkətli olduğu üçün əti daha möhkəm və az yağlı olur. Quzu ətini necə seçmək olar?
Təzə kəsilmiş quzu ətinin bənövşəyiyə çalan tonu və ya parlaq qırmızı rəngi olur. Köhnə və ya zəif bəslənmiş qoyunların əti tünd qırmızı rəngdə və sari yağlı olur. Bu ət liflidir və ona görə də qiymə şəklində istifadəyə uyğundur. Quzu əti yumşaq olduğuna görə çox tez bişir. Xüsusi ilə də südəmər quzu əti daha tez bişir. Yaşları artdıqca quzu ətinin bişməsi də paralel olaraq artır. Quzu ətinin faydaları
Quzu ətində kalium, natrium, kalsium, maqnezium, yod, fosfor, dəmir, E, B1, B2, B12, PP vitaminləri var.Quzu əti qocaların və uşaqların qida rasionunda olmalıdır. Tərkibində çoxlu ftor var, dişləri kariyesdən qoruyur. Quzu yağında xolesterin azdır. Bundan əlavə, quzu ətinin tərkibində olan lesitin mədəaltı vəzi stimullaşdırmaqla diabetin qarşısını alır, həmçinin antisklerotik xüsusiyyətlərə malikdir və xolesterin mübadiləsini normallaşdırır.Tərkibində olan kalium, natrium və maqnezium duzları ürək və qan damarlarına faydalı təsir göstərir. Quzu əti qan əmələ gəlməsi üçün lazım olan dəmirlə (donuz ətindən 30% çox) və qalxanabənzər vəzin normal fəaliyyətini təmin edən yodla zəngindir.Quzu ətinin dadı və qida dəyəri olduqca yüksəkdir. Tərkibindəki zülallara, əvəzolunmaz amin turşularına və minerallara görə mal ətindən geri qalmır, hətta kalorililiyinə görə onu üstələyir (mal əti – 1838 kkal/kq, quzu – 2256 kkal/kq). Həm də ona görə ki, onun yağında nisbətən az miqdarda xolesterin var. Bəzi alimlər hesab edirlər ki, ateroskleroz əsasən quzu əti ilə qidalanan xalqlar arasında daha az rast gəlinir.Ancaq yenə də ətin istifadəsinə nəzarət edilməlidir. Qidalanmanın tam və balanslı olması üçün ət yeməklərindən tamamilə imtina etmək olmaz.Ət bulyonları aşağı turşuluğu olan qastritdən əziyyət çəkən insanlara fayda verəcək. Ancaq mədə xorası və ya yüksək turşuluğu olan qastrit olanlar üçün tamamilə istisna edilməlidir. Ətin xəstə böyrəklərə də mənfi təsiri var. Axı, hər hansı bir ətin tərkibində çoxlu zəhərli maddələr var, bundan əlavə, heyvanlar antibiotiklər və hormonal stimulyatorlarla qidalanır və bu maddələr böyrəklər və qaraciyər üçün çox dağıdıcıdır.Yanmış quzu əti ilan, qara və sarı əqrəb sancmasına qarşı faydalıdır.Quzu digər qırmızı ət növləri ilə eyni dərəcədə sağlamlıq riski daşıyır. Böyük miqdarda quzu əti məhsulları yemək müxtəlif xroniki xəstəliklərin inkişaf riskini artıra bilər. Həkimlər az yağlı quzu ətini, məsələn, quzu filesi (tikə ət), bel və ya bud hissəsini seçməyi məsləhət görürlər. Ətin bişirilmə üsulu onun sağlamlığına təsir edən başqa bir amildir. Quzu ətinin hansı hissələri necə bişirilir?
Kürək HissəsiQuzunun kürək hissəsində olan əti sümükdən ayırıb plov və ya raqu yeməyi üçün istifadə edə bilərsiniz. Tikə ƏtMükəmməl teksturaya malik quzunun ən yağsız hissəsi. Bu əzələ praktiki olaraq heyvanın hərəkətində iştirak etmir, ona görə yumşaq və zərif olur. Bu, demək olar ki, pəhriz ətidir. Quzunun tikə ətini doğrayıb və ya ədviyyatlar əlavə etməklə qrildə bütöv halda bişirə bilərsiniz. Bel HissəsiQuzunun bel hissəsindən ləzzətli tikə kabab bişirə bilərsiniz. Əgər steyk həvəskarısınızsa bu hissəsi sizin üçündür. 2-3 sm qalınlığında kəsib qril və ya tavada qızarda bilərsiniz. Qabırğa HissəsiQuzunun beli 12 qabırğadan (4 ön qabırğa və 8 arxa qabırğa) ibarətdir. 4 ön qabırğa hissəsi– Bu qabırğalar heyvanın ayağına daha yaxın yerləşir və buna görə də quzunun kürək kəsilmiş qabırğadan daha sərt hesab olunur. 8 arxa qabırğa hissəsi-Quzunun ətli və şirəli hissəsi. İnsanlar quzu ətindən danışarkən, ən çox kəsimin bu hissəsini nəzərdə tuturlar. Qabırğaları ayrı-ayrılıqda bölüb qril, kabab və ya sobada bişirə bilərsiniz. Quzunun Bud HissəsiQuzunun bud hissəsi sobada bişirmək üçün əladır. Boyun HissəsiQuzunun boyun ətini bişirmək uzun bir vaxt tələb edir. Boyun ətini qiymə halına salıb istifadə edə bilərsiniz. Baş, Dırnaq və İçalat HissələriKəlləpaça yeməyi üçün kəllə, ayaq və qarın hissəsindən istifadə edilir. Cız-bız, ciyər qovurma üçün uyğundur. Onu da qeyd edək ki, quzu ətinin istehlakı heç bir din tərəfindən qadağan edilməyib. Vegetarianlar istisna olmaqla, hər kəs yeyə bilər.