“Aran Media Qroup” Zəfər günü münasibətilə arxa cəbhənin fəallarını mükafatlandırıb
Bu günlərdə “ Zəfər günü “ ilə bağlı ölkəmizin hər yerində bayram tədbirləri keçirilir. “Aran Media Qroup” da zəfər gününü 44 günlük vətən müharibəsi zamanı arxa cəbhədə səmərəli fəaliyyəti olmuş şəxslərin mükafatlandırılması ilə qeyd etməyi qərara alıb.
Media1.az xəbər verir ki, bu münasibətlə Bərdə şəhər 6 saylı tam orta məktəbin binasında fəxri fərmanlarla mükafatlandırma mərasimi təşkil edilib.
Bərdə rayon Ağsaqqallar Şurasının üzvləri, İctimai Birlik sədrləri,Səhiyyə və Təhsil işçiləri, ziyalılar, sahibkarlar keçirilən mükafatlandırmada iştirak ediblər.
Öncə Aran Media qroupun təsisçisi Vüsal Bayramov tədbir iştirakçılarını salamlayaraq, zəfər günü münasibətilə təbrik edib.Tədbirin aparılması üçün sözü jurnalist Musa Muradlıya verilib.
Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Arantv.az-ın direktoru Rafiq Bayramov 44 günlük müharibədə ordumuzun rəşadətli döyüşlərindən danışıb.Qeyd edib ki, Ermənistan Beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini hədəf seçmişdir. Bərdə şəhəri də düşmənin raket hücumlarına məruz qalmış, xeyli sayda mülki şəxs qanlı erməni terrorunun qurbanı olmuşdur. 44 günlük müharibə vaxtı atəş altından çıxan məcburi köçkünlərə Bərdədə göstərilən qayğıdan danışan Rafiq Bayramov vurğulayıb ki, həmin günlərdə təhsil müəsisələrinin rəhbərləri , sahibkarlar, Bərdə çörək ASC-nin fəaliyyəti təqdir olunmalıdır. Qələbəyə gedən yolda əməyi olan hər kəs qiymətləndirilməlidir.
Tədbirdə Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Ziyalılar Cəmiyyətinin sədri Rzaqulu Şərifov, Bərdə çörək ASC-nin nümayəndəsi Şahin Məmmədov, Bərdə şəhər Ağsaqqallar Şurasının sədri Əliş Şərifov, Qarabağ Müharibəsi Veteranları Əlilləri Şəhid ailələri İctimai Birliyinin Bərdə rayon təşkilatının sədri Etibar xanım Hüseynova, Qarabağ Qazilər Birliyinin Bərdə rayon Təşkilatının sədri Sürəddin Səfərov, Qürur Şəhid Ailəlrinə Dəstək İctimai Birliyinin həmsədri Bəxtiyar Hüsiyev, Bərdə rayon Təcili Yardım Stansiyasının Baş Həkimi Adil Calahani, travmatoloq cərrah Xaliq Məmmədov, Bərdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Teymur Kərimov, Şəhid oğlu Bəxtiyar Qurbanov çıxış edərək qarabağ müharibəsi və zəfər bayramı barədə fikirlərini bölüşmüşdülər.
Şəhid bacısı , Sosial Dövlət Naminə İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri, 2 saylı kitabxananın müdiri Nərgiz Cəfərova I Qarabağ müharibəsində iki qardaş itirdiyini bildirmiş, şəhid qardaşlar,Tahirlə Mahirin haqqında danışmışdır. Müharibə dövründə və ondan sonra Arantv-nin fəaliyyətini yüksək qiymətləndirmişdir. Təşkilatları adından Arantv-nin əməkdaşına fəxri fərman təqdim etmişdir.
Çıxışlardan sonra arxa cəbhədə fəaliyyəti olan şəxslərə fəxri fərmanlar təqdim edilmişdir.
Sonda zəfər bayramı münasibətilə çay süfrəsi açılmış, tədbir iştirakçıları ləziz şirniyyatlara qonaq edilmişdir.
Media1.az- Musa Muradlı