26 Aprel 2024

AQTA istehlaka yararsız 4 tondan çox unlu qənnadı məmulatlarını məhv edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 4 tondan çox unlu qənnadı məmulatlarını məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciəti əsasında ümumi çəkisi 4,19 ton müxtəlif növ unlu qənnadı məmulatı “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.