20 May 2025

Antalyada meşə yanğını başlayıb

Küləyin təsiri ilə yanğının miqyası genişlənib

Antalyanın Kəmər rayonunda meşə yanğını başlayıb.

AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Göynük məhəlləsində başlayan yanğının səbəbi hələlik bilinmir.

Küləyin təsiri ilə yanğının miqyası genişlənib. Yanğının söndürülməsi istiqamətində iş gedir.

Media1.az