20 Aprel 2024

ANAMA vətəndaşlara ÇAĞIRIŞ etdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar vətəndaşlara çağırış edib.

Media1.az xəbər verir ki, qurum işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən vətəndaşları məsuliyyətli olmağa çağırıb.

“Qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq – sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.

Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”, – çağırışda deyilir.