16 Aprel 2024

Almaniyadan maşın gətirmək istəyəni belə aldatdılar

Almaniyadan avtomobil gətirmək istəyən şəxs dələduzluqla üzləşib.

Media1.az lent.az-a istinadən xəbər verir ki, Hətəmov İlkin Valeh oğlu dələduzluqda təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

Məlumata görə, İlkin həyat yoldaşı V. Heydərovanın iş yoldaşı Rauf Bəşirovu aldadıb. Belə ki, Rauf Almaniyadan “Mercedes-Vito” markalı avtomobil gətirtmək istəyib. Bunun üçün də İlkin ondan 8600 manat pul alıb. Lakin sonra ortada nə maşın olub, nə də pul. Aldadıldığını görən Rauf hüquq-mühafizə orqanlarına üz tutub.

Məlumata görə, İlkin həm də həyat yoldaşını döyməkdə də ittiham olunur.

İş hazırda Binəqədi rayon Məhkəməsində araşdırılır.

Qeyd edək ki, İlkin Hətəmov aranjimançı-musiqiçidir.