Almaniyada son sutkada koronavirusa 24694 yoluxma qeydə alınıb, 1083 nəfər ölüb

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 694 yoluxma halı qeydə alınıb, 1083 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 891 581 nəfər koronavirusa yoluxub, onlardan 39 878 nəfər ölüb.
Koronavirusa yoluxanlardan 1.5 milyonu artıq sağalıb.