Almaniya öz ordusu üçün 1,2 milyard avroluq müdafiə sistemləri sifariş etdi
Almaniyanın “Rheinmetall” müdafiə konserni qısa mənzilli hava hücumundan müdafiə sisteminin istehsalına dair 1,2 milyard avro dəyərində müqavilənin imzalandığını elan edib.
Konsernin yaydığı açıqlamada imzalanmanın bu gün baş tutduğu bildirilir: “Bu gün, 25 yanvar 2024-cü ildə Silahlanma, İnformasiya Texnologiyaları və Əməliyyatlar Federal İdarəsi (BAAINBw) və Arbeitsgemeinschaft Nah-und N chstbereichsschutz konsorsiumu (ARGE NNbS, Rheinmetall Electronics, Diehl Defence və Hensoldt Sensors tərəfindən yaradılıb) qısa və çox qısa mənzilli hava hücumundan müdafiə sisteminin (LVS NNbS) istehsalına dair müqavilə imzaladılar”.
Məlumata görə, sifarişlərin ümumi həcmi təxminən 1,2 milyard avro təşkil edir və bu, tərəfdaş şirkətlər arasında paylarına görə aşağıdakı kimi bölünür: Rheinmetall – 607 milyon avro, Diehl – 339 milyon avro və Hensoldt – 284 milyon avro.
LVS NNbS-nin tətbiqi Bundesverin imkanlarındakı əhəmiyyətli boşluqlardan birinin bağlanması üçün həlledici addımdır. LVS NNbS inkişaf layihəsinin əsasını orta mənzilli hava hücumundan müdafiə sisteminin optimallaşdırılması, eləcə də manevr qüvvələrini hava təhdidlərindən – hətta hərəkətdə olarkən qorumaq üçün yüksək mobil hava hücumundan müdafiə imkanlarının inkişafı təşkil edir. Layihə Alman müdafiə sənayesinin əlindədir; ARGE NNbS Almaniya hökumətinin müqavilə tərəfdaşıdır.
Qeyd edək ki, “Reuters” daha əvvəl Almaniya Ukraynadakı müharibənin öz müdafiəsində aşkarladığı boşluğu aradan qaldırmaq üçün təxminən 1,3 milyard avroya qısa mənzilli hava hücumundan müdafiə sisteminin yaradılmasına hazırlaşır. Agentliyin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi Qiymətlərin 5 dəfə artmasına, Hesablama Palatasının tənqidinə məruz qalmasına baxmayaraq, tərkibində Rheinmetall, Diehl və Hensoldt-un daxil olduğu konsorsiumla razılaşmanı təsdiqləyib.