29 Mart 2024

Alim Qasımovun nəvəsinin toyundan GÖRÜNTÜLƏR – FOTO\VİDEO

Ötən gün Xalq artisti Alim Qasımovun nəvəsinin toyu olub.

Toydan olan görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Xalq artisti Natiq Şirinovun oğlu ilə ailə həyatı quran Fatimənin toyu paytaxtdakı məkanlardan birində baş tutub.

Mərasimdə Alim Qasımovun yaxınları, ailə üzvləri ilə yanaşı, bir sıra tanınmış sənətçilər də iştirak ediblər. Onlar sosial şəbəkə hesablarında toydan olan görüntülərini yayımlayaraq Xalq artistinin nəvəsinə xoşbəxtlik arzulayıblar. 

Xatırladaq ki, Fatimə Ümid adlı bəylə evlənib. O, A.Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımovanın övladıdır.https://player.baku.tv/embed/49727