Ali Dövlətlərarası Şura iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirir
18 oktyabr 2025-ci ildə Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibə verərək Azərbaycan ilə Qazaxıstan arasındakı strateji tərəfdaşlıq və regional əməkdaşlığı vurğulamışdır. O, iki ölkə arasında dostluq, ortaq türk kimliyi və mədəni əlaqələrin möhkəm təməldə qurulduğunu qeyd etmişdir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi, Xəzər dənizi və dəmir yolu əlaqələrinin regional ticarətə töhfə verdiyi bildirilib. Prezident enerji sahəsində birgə layihələrin və regional enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulamışdır.
Yaşıl enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında birgə layihələrin həyata keçirildiyi qeyd olunmuşdur. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və təşkilatın fəal rolunun önəmi qeyd edilmişdir.
Müsahibə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı
