22 Dekabr 2024

Aleksey Navalnının həbs olunmasına səbəb olan məşhur fransız brendi indi mətbuatdan qaçır

Xəbər verildiyi kimi, rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Moskva Simonovsk məhkəməsini qərarı ilə yenidən həbsə göndərilib.

Formal olaraq A.Navalnı 2012-ci ildə haqqında açılan bir cinayət işində aldığı şərti cəza səbəbindən içəridədir.

Həmin vaxt o və qardaşı Fransanın dünyca tanınmış “Yves Rocher” (İv Roşe oxunur-red.) şirkətinin ona və qardaşına qarşı qaldırdığı dələduzluq ittihamı əsasında məhkəməyə cəlb olunmuşdu.

“Daha sonra şirkət iddia ərizəsini geri çəksə də, bu Rusiya məhkəmə maşınının hərəkətə keçməsinə mane olmayıb”,-deyə “Le Monde” qəzetinin yazarı Jüliett Qarnye yazır.

Fransa şirkəti məsələni çoxdan bitmiş hesab etsə də, bu Navalnı tərəfdarlarının qəzəbini azaltmayıb. Firma hətta bununla bağlı fransız və rus dillərində xüsusi bəyanat yaymağa məcbur qalaraq situasiyanı izah etməli olub. İndi Rusiyada 1991-c ildən bu yana fəaliyyət göstərən “Yves Rocher” brendinin məshullarının boykotu ilə bağlı çağırışlar hər yerdə səslənir.

İşin özü isə 2012-ci ilin noyabrına gedib çıxır. Həmin vaxt “Yves Rocher” şirkətinin Rusiya filialı Aleksey və Oleq Navalnıların əsas səhmdarlar sayıldığı “Baş qeydiyyat agentliyi” adlı şirkətə qarşı məhkəmədə dələduzluq maddəsi ilə ittiham qaldırıb. Aleksey Navalnı o dövrdə artıq Kremlin qara siyahısında siyasətçilərdən sayılırmış. Jülyett Qarnyernin yazdığına görə, məhz prokurorluğun təzyiqi ilə İv Roşe nümayəndəliyi məhkəməyə müvafiq şəkildə iddiaçı kimi çıxış edib. Bu fikri rusiyalı məşhur iqtisadçı, hazırda Parisdə yaşayan Sergey Quriyev də müdafi edir.

Sərt təpkilər nəticəsində fransız şirkəti 2014-cü iln noyabrında geri dönüş edərək iddiasından vaz keçdiyini və heç bir zərər görmədiyini açıqlayıb. Buna rəğmən Rusiya məhkəməsi Navalnı qardaşlarını 26 milyon rublluq (370 min avro) məbləğində pulu dələduzluq yolu ilə mənimsədiklərinə qərar verib və onları məhkum edib.

2014-cü ilin dekabr ayının 30-da məhkəmə Oleq və Aleksey Navalnılar barəsində 3 il yarım müddətə azaldıqdan məhrumetmə hökmünü verib. Aleksey Navalnı haqqında hökm sonradan şərti cəzayla əvəzlənib.

İndi ildə 2,7 milyard avroluq dövriyyəyə sahib olan “İv Roşe” gələn təpki yağışı qarşısında susmağa üstünlük verir. Firmanın sahibi Bris Roşe bununla bağlı hər hansı açıqlama yaymağı yasaqlayıb.

“Navalnı-Yves Rocher” savaşı təkcə bu məhkəmə ilə birmir. 2018-ci ilin iyun ayında müxalif qardaşlar firmaya qarşı “yalan donos (xəbər-red.) verməklə iftira atmaq” ittihamı ilə Fransanın Van şəhər məhkəməsinə ərizə təqdim edib. 2019-cu ildə məhkəmə işə baxmaqdan imtina edib. Lakin 2020-ci ilin mayında Navalnı qardaşlarının vəkili Emili Lefevr Renn şəhər məhkəməsində həmin qərardan şikayət verib. Son hadisələrin fonunda Fransa məhkəməsinin əvvəlki qərarını dəyişdirəcəyi istisna olunmur.