Ağstafada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir
26 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Kolxəlfəli kənd” və “Pirili kənd” Ərazi Partiya Təşkilatlarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildirib ki, bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini bir daha ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır.
Daha sonra çıxış edən natiqlər – “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının fəal üzvü Nadir Səttarov, Kolxəlfəli kənd tam orta məktəbin müəllimi Fatmanisə Aslanova, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Əfqan Qasımov və partiya fəalı Rayət Şabanov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Ulu Öndər müdrik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız Ümummilli Lideri müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.