Ağstafada silah tapılıb
Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd edək ki, cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.