19 Aprel 2024

Ağstafada ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Ağstafa şəhərinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və gənc könüllülər iştirak ediblər.

95 nəfərin iştirakı ilə 200 ədəd müxtəlif növ ağac əkilib, əkilmiş ağacların suvarılıb və onlara aqrotexnik qulluq işləri göstərilib.