Ağstafa şəhidlərinin ildönümlərində xatirələri anılıb
12 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Kərimov Sübhan Murtuz oğlunun, Mədədov Asif Nəsir oğlunun və Məmmədli Rüfət Vidadi oğlunun ildönümlərində əziz xatirələri yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Qıraq Kəsəmən, Kolxəlfəli kəndlərində və Saloğlu qəsəbəsində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Tədbir iştirakçıları şəhidlərimizin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun










