Ağstafa sakinindən narkotik vasitə götürülüb

Ağstafa rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzəarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.
S. Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstan Respublikasında yaşayan Mahir adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq 6000 manat müqabilində qeyri-qanuni yollarla ona göndərməyini bildirib. Hazırda S. Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davamt etdirilir.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.