AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

13 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev şəhid ailələri və həmçinin rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun və Cəlilov Xaləddin Asəf oğlunun doğum günü münasibətilə məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun






