AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZÖHRAB ABBASOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

17 sentyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Abbasov Zöhrab Natiq oğlunun doğum günü münasibətilə Eynallı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun


