27 İyul 2025

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ XUDAYƏT ORUCOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

27 iyul 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Orucov Xudayət Vilayət oğlunun doğum günü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun