AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ XƏYAL ƏLİZADƏNİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

02 iyun 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Əlizadə Xəyal Nəsrəddin oğlunun doğum günü münasibətilə Vurğun qəsəbə qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, Ərazi Partiya Təşkilatının fəalları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!