AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN BABAYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

17 aprel 2025-ci il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi Babayev Orxan Sarvan oğlunun doğum günü idi.
Bu münasibətlə Qarahəsənli kənd qəbirstanlığında şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyəti aparatı əməkdaşlarının, şəhid ailələrinin, qazilərin, həmçinin rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə şəhidimizin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun
