AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN AVDIYEVİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

02 avqust 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Avdıyev Orxan Habil oğlunun doğum günü münasibətilə Pirili kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin digər Vətən müharibəsi şəhidi Bayramov İlkin Bayram oğlunun də məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!