19 İyul 2025

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MƏTLƏB ƏLƏSGƏROVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

18 iyul 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Ələsgərov Mətləb Vüqar oğlunun doğum günü münasibətilə Köçəsgər kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun